Ukrayna Rusiyanın Engels-2 aviabazasına raket və dronlarla yeni dağıdıcı ZƏRBƏLƏR ENDİRDİ [7KMX2vvOJtc]

#Kanal13abuneol​ #LikeKanal13News​ #Subscribe #Kanal13TV Əziz izləyicilərimiz! Biz sizin SƏSİNİZ OLMAQ üçün AZADLIĞIMIZI itirdik. Rəhbərimiz Əziz Orucov hələ də həbsdədir. Bizə DƏSTƏK olun, ABUNƏMİZ OLUN: Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın Saratov vilayətində yerləşən Engels-2 aviabazasında gedən aktiv tikinti işləri, Rusiyanın Ukraynaya qarşı yeni raket hücumlarına hazırlaşdığını göstərir. Baş Kəşfiyyat İdarəsi (HUR) bildirir ki, bu baza Rusiyanın kütləvi raket hücumlarının əsas mənbəyidir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Aratta” xüsusi təyinatlı dəstəsi Telegram kanalında Engels-2 bazasının genişləndirildiyini açıqlayıb. Kəşfiyyat əməkdaşlarının məlumatına görə, bu baza Rusiyanın strateji aviasiyasının əsas mərkəzidir və buradan Ukraynaya qarşı raket daşıyıcı təyyarələr havaya qalxır. Məlumata görə, işğalçılar aerodromun şimal hissəsində beton tökür və Tu-95MS, Tu-160, Su-34 və Su-35 təyyarələri üçün 12 yeni dayanacaq yeri hazırlayırlar. Qeyd olunur ki, daha əvvəl Ukrayna dronları Engels-2 bazasına zərbələr endirərək onlarla qanadlı raketi və yanacaq anbarını məhv etmişdi. Partlayışlar hətta Saratov şəhərində də eşidilmişdi. “Bu aktiv tikinti Rusiyanın yeni hücum dalğalarına hazırlaşdığını göstərir. Ukrayna isə belə bazalara qabaqlayıcı zərbələr endirmək üçün uzunmənzilli dron və raket imkanlarını gücləndirməlidir,” – deyə xüsusi təyinatlıların mətbuat xidməti bildirib. OSINT analitiki Avi Vector 11 oktyabrda Engels-2 aviabazasının peyk görüntülərini paylaşaraq, şimal hissəsində beton tökmə işlərinin başladığını, 30 sentyabrda isə eyni prosesin cənub hissəsində aparıldığını qeyd edib. Rusiya 12 yeni bombardmançı dayanacağı tikməyi və onları taksi yolları vasitəsilə bazanın qalan hissəsinə birləşdirməyi planlaşdırır. Başqa bir OSINT tədqiqatçısı StefanB2023 isə bildirib ki, Rusiya bazanın genişləndirilməsi planını hələ 2016-cı ildən hazırlayıb və işlər 2025-ci ilin martında başlayıb. Onun sözlərinə görə, yeni taksi yolları dairəvi formada olacaq və qeyd olunan hissələri birləşdirəcək.Dostlar! Həqiqətləri dediyi üçün Kanal13-ün rəhbəri Əziz Orucov həbsdədir. Sizin bizə dəstək olmanız və Kanal13-ə ABUNƏ OLMANIZ BİZİM ÜÇÜN OLDUQCA VACİBDİR. Bu linkə vurun və Kanal13-ə, həbsdə olan Əziz bəyə dəstək göstərin! Yazan əlləriniz var olsun! - Kanal13 GLOBAL ▌▌►Website: Click & Subscribe to the main YouTube Channel – Kanal13 Global: © KANAL13 Tags: _#Ukraine, #Russia, #Putin, #Putler, #Russian invasion of Ukraine, #Zelenski, #Kiev, #Kyiv, #Kadyrovarmy, #Kadirov, #Kherson, #Bucha, #Kharkiv, #Ukrainian pilots, #Vagners, #Russiantanks, #NATO, #drones, #Moscow, #Kreml, #warvictims #Ukrayna, #Zelensky, #Trupm, #DonaldTrump, #savaş, #Qarabağ, #Bakı